Türkiyədə İŞİD əməliyyatı: 161 nəfər saxlanılıb | VİDEO

 Türkiyədə İŞİD əməliyyatı: 161 nəfər saxlanılıb |  VİDEO
  12 Sentyabr 2025    Oxunub:782
Türkiyənin ümumilikdə 38 vilayətində, o cümlədən paytaxt Ankara və İstanbul şəhərlərində son bir həftə ərzində keçirilmiş əməliyyat nəticəsində "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 161 nəfər ələ keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya özünün "X" hesabında məlumat yayıb. O diqqətə çatdırıb ki, saxlanılan şəxslərin bir qisminin terror təşkilatına maddi dəstək göstərdiyi də aydınlaşıb. Polis basqın həyata keçirilən ünvanlarda çox sayda lisenziyasız silah, təşkilati sənəd və rəqəmsal material aşkarlayaraq götürüb.
İstanbulda İŞİD əməliyyatı: 19 nəfər tutulub

Xatırladaq ki, sentyabrın 9-da İstanbul şəhərində həyata keçirilmiş əməliyyatda isə İŞİD-in lehinə işləyən 19 nəfər yaxalanıb. Hazırda istintaq tədbirləri aparılır.


Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   İŞİD   antiterror   əməliyyat  



Xəbər lenti